Qadin.NET / Separatçıların rəhbərindən etiraf: “Azərbaycan Qarabağda cəbhə xəttini yarıb”

Separatçıların rəhbərindən etiraf: “Azərbaycan Qarabağda cəbhə xəttini yarıb”

“Azərbaycan Dağlıq Qarabağda cəbhə xəttini yarıb”.
“Sputnik” Ermənistanın məlumatına görə, bu sözləri quldur separatçı rejimin “rəhbəri” Arayik Arutyunyan deyib.
A.Arutyunyan Azərbaycan ordusunun onlara daha ağır zərbələr endirdiyini etiraf edib.
“Hansısa məntəqələrdə düşmən cəbhə xəttini yarıb və dərinliyə irəliləyib”, - deyə A.Arutyunyan bildirib.
Çarəsiz vəziyyətdə qalan A.Arutyunyan həmçinin xaricdə yaşayan erməni diasporasını da orduya qoşulmağa çağırıb.

14 oktyabr 2020
GO BACK