Qadin.NET / İçməli sudan gələn qəribə qoxunun səbəbi bilindi - AÇIQLAMA

İçməli sudan gələn qəribə qoxunun səbəbi bilindi - AÇIQLAMA

 Son günlər insanlar sudan qoxu gəlməsi ilə bağlı narazılıqlarını bildirirlər. Bu barədə sosial şəbəkələrdə də paylaşımlar edilib.

Paylaşımlarda sudan qəribə qoxu gəldiyi və istifadə zamanı narahatlıq yaratdığı qeyd olunub.

Məsələ ilə bağlı “Azərsu”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Qurum rəsmisi Oxu.Az-a açıqlamasında vətəndaşların sudan bir qədər qəribə qoxu gəlməsi ilə bağlı iddialarını təsdiq edib:

“Bunun səbəbləri barədə məlumat vermişdik. Kürdə suyun səviyyəsinin azalması ilə bağlı belə bir narahatlıq var. Suyun kəskin azalması ilə əlaqədar Kür çayının dibindəki palçığın qoxusu bir qədər hiss olunur.

Hazırda Kürdə su ən aşağı səviyyədədir. Amma, bu, suyun keyfiyyətinə qətiyyən təsir etmir. Əhaliyə verilən suyun fiziki-kimyəvi, bakterioloji göstəriciləri standartlar çərçivəsindədir. Məsələ tam diqqətimizdədir”.

14 oktyabr 2020
GO BACK