COVID-19-dan sağalanlar yenidən yoluxduqda daha təhlükəli simptomlarla üzləşə bilər.
“The Lancet Infectious Diseases” jurnalının məlumatına görə, Nevada Universitetinin və ABŞ-dakı digər elmi təşkilatların alimləri bunu təsdiqləyir.
Tədqiqatçılar 48 gün ərzində SARS-CoV-2-nin iki fərqli variantına yoluxmuş 25 yaşlı gənc barədə məlumat veriblər. Onda ikinci yoluxmanın birincidən daha ciddi olduğu ortaya çıxdı: xəstə oksigen dəstəyi ilə xəstəxanaya yerləşdirildi.
Mütəxəssislər, bundan əlavə, Belçika, Hollandiya, Honkonq və Ekvadorda təkrar yoluxma ilə əlaqəli dörd başqa hadisəni də qeyd ediblər.
Mütəxəssislər hesab edirlər ki, nevadalı xəstə ikinci dəfə yüksək dozada virusa məruz qaldığı üçün bu, daha sərt reaksiyaya səbəb olub. Digər fərziyyələrə görə, kişi daha virulent SARS-CoV-2 ştammından əziyyət çəkib.
Təkrar yoluxma halları COVID-19 peyvəndinin hazırlanması tədbirləri üçün təhlükə yaradır.
Lakin o da vurğulanır ki, hələlik belə hallara dünyada nadir rast gəlinir.