Qadin.NET / Danimarkada koronavirus səbəbindən su samurlarının kütləvi məhvinə başlanıldı

Danimarkada koronavirus səbəbindən su samurlarının kütləvi məhvinə başlanıldı

 Danimarkada ölkənin şimalındakı ən azı 63 fermada heyvanlar arasında yoluxma faktının müəyyənləşməsindən sonra 2,5 milyon su samurunun kütləvi məhvinə başlanılıb.
Qadin.Net bildirir ki, bu barədə rg.ru xəbər verir.
Danimarka Baytarlıq Xidmətinin mütəxəssisləri tərəfindən SARS-CoV-2 virusuna yoluxan su samurlarının məhvinə başlanılıb. Qurumdan bildirilib ki, yoluxma ərazisindən səkkiz kilometr radiusda yerləşən ferma sahibləri özləri heyvanları peyvənd etdirməlidir.
Rəsmilər virusun yoluxma dərəcəsindən asılı olaraq müddətin bir neçə ay davam edə biləcəyini bildiriblər. Su samurlarının məhvi insidentlə müşayiət olunub.
“Associated Press” yerli polis bölməsinə istinadən xəbər verir ki, fermerlərdən biri səlahiyyət sahiblərinin əraziyə daxil olmasına icazə verməyib, buna görə mütəxəssislər qapının kilidini qırmalı olublar.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları iki fermanın ətrafında toplaşan nümayişçiləri dağıdıblar. Mütəxəssislər su samurlarının koronavirusa necə yoluxduqlarını və ölümcül xəstəliyin insanlara yoluxma ehtimalını anlamağa çalışırlar. Bəzi heyvanların virusa yoluxması koronavirus aşkarlanan işçilərdən də ola bilər.

14 oktyabr 2020
GO BACK