Qadin.NET / Koronavirusa görə komaya düşən hamilə qadın əkiz uşaqlar dünyaya gətirdi

Koronavirusa görə komaya düşən hamilə qadın əkiz uşaqlar dünyaya gətirdi

 Koronavirusa görə komaya düşən hamilə qadın əkiz uşaqlar dünyaya gətirib.
Qadin.Net bildirir ki, bu barədə “The Sun” xəbər yayıb.
Məlumata görə, hamiləliyinin ilk aylarında koronavirusa yoluxan britaniyalı qadının halı pisləşib. Lakin o, xəstəliyə qalib gələ bilib.
32 yaşlı Daniel Martində nəfəs almaqda problem yarananda o, artıq hamiləliyinin doqquzuncu həftəsində idi. Vəziyyəti pisləşəndə həkimlər onu süni komaya salmaq qərarına gəlirlər.
Qadının əri etiraf edib ki, o, uşaqların yaşayacağına ümid etməyib.
Qadın 10 gün süni komada qaldıqdan sonra vəziyyəti sabitləşib və həkimlər pasiyenti adi palataya göndəriblər.
“Mən onunla telefonla danışırdım və dərhal uşağım barədə soruşdum. O, qəfildən uşaqlarımızın əkiz olacağını bildirdi”, - deyə qadının əri Daniel Brayan xatırlayır.

İndi ailədə beş uşaq var: üç oğlan və iki qız. Qadın artıq xəstəxanadan evə buraxılıb.

14 oktyabr 2020
GO BACK