Qadin.NET / Dünya ölkələrində koronavirusla əlaqədar məhdudiyyətlər sərtləşdirilir - VİDEO

Dünya ölkələrində koronavirusla əlaqədar məhdudiyyətlər sərtləşdirilir - VİDEO

Dünya ölkələrində koronavirusla əlaqədar məhdudiyyətlər yenidən sərtləşdirilir.
Qadin.Net bildirir ki, "İzvestiya" xəbər verir ki, Hollandiyada restoran və barlar fəaliyyətini dayandırır. Həvəskar idman növləri üçün zalların fəaliyyəti müvəqqəti olaraq qadağan edilir. Axşam saatlarında spirtli içkilərin satışı məhdudlaşdırılır.
Böyük Britaniyada üç mərhələli məhdudiyyət sistemi tətbiq edilir. Mövcud vəziyyətdən asılı olaraq məhdudiyyət qaydaları tətbiq ediləcək. “Yüksək səviyyəli” restoran və kafelər saat 22:00-dək fəaliyyət göstərəcək. İctimai yerlərdən altı nəfərdən çox qrup halında toplaşmağa icazə verilməyəcək. Ən sərt tədbirlər isə Liverpulda tətbiq olunmağa başlayıb.
Pekin rəhbərliyi şəhərə səfər edənlərin sayını məhdudlaşdırıb. Belə ki, gün ərzində maksimum qonaq sayı 500-dən çox ola bilməz.

Slovakiyada məktəblər distant təhsilə keçib. Ölkədə kütləvi tədbirlərin təşkilinə qadağa qoyulub.

Ukraynada kafe və restoranların fəaliyyətində məhdudiyyətlər tətbiq olunub. Ziyarətçilərdən saat 22:00-dan sonra məkanı tərk etmələri xahiş olunur. Universitet tələbələri distant təhsilə keçiblər.

Çexiyada bütün kinoteatrlar və fitnes mərkəzləri iki həftə müddətinə bağlanılıb. Kafe və restoranlar yalnız yerli vaxtla saat 20:00-a qədər açıq ola və masa ətrafında ən çox dörd nəfər əyləşə bilər. Altı nəfərdən çox şirkət görüşməsi qadağan olunub.

İtaliya, Almaniya və Belçikada cərimələrin artırılması planlaşdırır. Tibbi maskadan istifadə qaydalarına əməl etməyənlər 1000 avro cərimə ödəməli olacaqlar. Virusa yeni yoluxma sayı demək olar ki, 90% artıb.

Madriddə küçələrdəki vəziyyətə nəzarət etmək üçün 7 min gözətçi cəlb olunub. Koronavirus infeksiyasının yayılması səbəbindən şəhər yüksək hazırlıq vəziyyətindədir.

13 oktyabr 2020
GO BACK