Qadin.NET / Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı

Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı bu günə olan vəziyyəti açıqlayıb.
Məlumata görə, 13 şagird və üç işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 14 şagird və dörd işçidə koronavirus aşkarlanıb.
Distant təhsilə keçmiş siniflərin sayı isə ikidir. Bundan başqa, daha dörd məktəb də distant təhsilə keçib.
Qeyd edək ki, indiyə qədər ölkə üzrə 24 məktəb, 52 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

13 oktyabr 2020
GO BACK