Qadin.NET / Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 277 yeni yoluxma

Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 277 yeni yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 277 yeni yoluxma faktı qeydə alınıb, 64 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, üç nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 2301 nəfərdir.
Ölkədə son sutka ərzində 6865, hazırkı dövrədək isə 1187136 test aparılıb.
Bu gün koronavirusa yoluxan üç nəfər ölüb. Ümumi ölənlərin sayı 612 nəfərdir.
Ümumi yoluxanların sayı 42381 nəfər, ümumi sağalanların sayı 39468 nəfərdir.

13 oktyabr 2020
GO BACK