Koreya Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün ölkə daxilində ictimai nəqliyyatda və insanların toplaşdığı yerlərdə məcburi maska rejimi tətbiq edilib.
Bundan başqa sosial məsafədən asılı olmayaraq tibb müəssisələrində və məktəbəqədər müəssisələrdə də maska taxmaq məcburidir.
Qanun pozucularını 100.000 vona qədər (təqribən 148 AZN), obyekt sahiblərini isə qaydalara riayəti təmin etmədikləri üçün 3 milyon von (təqribən 4444 AZN) cərimə gözləyir.