Qadin.NET / Gəncədə qaz təchizatı bərpa edildi - RƏSMİ

Gəncədə qaz təchizatı bərpa edildi - RƏSMİ

Gəncənin düşmən hücumuna məruz qalan küçəsində qaz təchizatı bərpa edilib.
Qadin.Net bildirir ki, bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən məlumat verilib.
Düşmənin Gəncə şəhərinə atdığı raket zərbəsi nəticəsində oktyabrın 11-də, saat 02:15-dən etibarən Gəncə şəhəri, Ələkbər Rəfibəyli küçəsində 200 abonentin qaz təchizatı məhdudlaşdırılıb.
200 abonentdən təxminən 30 abonentin yaşayış ünvanı isə artıq yoxdur. Yerdə qalan 170 abonetin qaz təchizatı dünən axşam saatlarından tam bərpa olunub.

13 oktyabr 2020
GO BACK