Qadin.NET / Trampın pərəstişkarı onun COVID-19-a yoluxduğunu eşidəndən sonra öldü

Trampın pərəstişkarı onun COVID-19-a yoluxduğunu eşidəndən sonra öldü

 ABŞ Prezidenti Donald Trampa pərəstiş edən Hindistan sakini Bussa Krişna Amerika liderinin koronavirus xəstəliyinə tutulduğu xəbərindən sonra dözə bilməyib və ürək tutmasından ölüb.
Bu barədə “Indian Express” mərhumun ailə üzvlərinə istinadla xəbər verib.
Tramp koronavirusa yoluxduqdan sonra Krişna “Facebook” hesabında dəfələrlə emosional videolar yayımlayıb, ABŞ prezidentinə və onun xanımına tez bir zamanda sağalmasını diləyib.
Krişnanın qohumu hadisə baş verən gün onun yuxudan həmişəki kimi qalxdığını, özünü rahat apardığını, ancaq qəfil yıxıldığını deyib:
“Trampın koronavirusa yoluxduğunu eşidəndən sonra depressiyaya düşdü. Az yeyirdi. Xəstəxanaya gətirdiyimiz zaman həkimlər onun öldüyünü elan etdilər. Ölümün səbəbi infarkt göstərildi”.

13 oktyabr 2020
GO BACK