Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa qarşı kütləvi immunitet ideyasını tənqid edib.
Qadin.Net bildirir ki, “RİA Novosti”nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Prezidenti Tedros Adhanom Qebreyesus bildirib.
“Kütləvi immunitet vaksinasiya zamanı istifadə olunan əhalinin virusdan qoruna biləcəyi konsepsiyadır. Məsələn, kütləvi immunitetin yaranması üçün əhalinin 95 faizi vaksinasiya olunmalıdır. Digər beş faiz isə vaksinasiya olunmuş insanlar arasında virus yayılmayacağı üçün müdafiə olunacaqlar”, - deyə T.Qebreyesus bildirib.
Beləliklə kütləvi immunitet yoluxma ilə deyil, vaksinasiya ilə əldə olunur.