Qadin.NET / Paşinyan indi də Gürcüstan ərazisinə göz dikir - VİDEO

Paşinyan indi də Gürcüstan ərazisinə göz dikir - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan sərsəm açıqlama verməkdən yorulmur.
Qadin.Net bildirir ki, Baku TV xəbər verir ki, Paşinyan bu dəfə Gürcüstanın Samtsxe Cavaxeti bölgəsinə göz dikib.
Belə ki, onun “Facebook” səhifəsindəki paylaşımda yerli ermənilərin bu yaxınlarda keçirdikləri aksiyadan fotoşəkil yer alıb.

Fotonun üzərində aksiyanın keçirildiyi yer olaraq “Javakhk” (“Cavakx”) yazılıb.

Qeyd edək ki, erməni millətçiləri və separatçıları Samtsxe Cavaxeti bölgəsini bu cür adlandırırlar. Onlar həmin bölgəni Gürcüstanın ərazisi hesab etmirlər.

N.Paşinyanın bu paylaşımına minlərlə gürcü kəskin etirazını bildirərək “Gürcüstanda Cavakx yoxdur. Bura Gürcüstanın ərazisi Samtsxe Cavaxetidir”, “Ermənistanın Baş naziri Gürcüstanda separatizmi təşviq etmirmi? Samtsxe Cavaxeti Gürcüstanın olub və olacaq” və digər bu kimi şərhlər yazıblar.

12 oktyabr 2020
GO BACK