Azərbaycanda koronavirusa (COVID-19) 122 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19-dan vəfat edən olmayıb.
Aktiv xəstə sayı 2091 nəfərdir.
Ölkədə son sutka ərzində 3551, hazırkı dövrədək isə 1180271 test aparılıb.