Qadin.NET / COVID-19-un beyinə nüfuzetmə xüsusiyyəti aşkarlanıb

COVID-19-un beyinə nüfuzetmə xüsusiyyəti aşkarlanıb

Koronavirus insan beyninə nüfuz edə bilir.
“The Lancet”in məlumatına görə, Almaniyanın “Hamburg-Eppendorf” Universitetinin mütəxəssisləri bu barədə xəbərdarlıq ediblər.
Alimlər koronavirusdan vəfat edən 51-94 yaş arasındakı insanların ekspertizasını həyata keçiriblər. Nəticədə, 43 yarılma hadisəsinin 53 faizində beyin hüceyrələrində və neyronlarda koronavirus aşkar edilib. Daha 14 faizində işemik zədələr, 86 faizində astroglioz müəyyən edilib.
Bununla belə, tədqiqatçılar COVID-19-un beyində ciddi dəyişikliklər etmədiyini və mərkəzi sinir sisteminə dağıdıcı təsir göstərmədiyini vurğulayıblar.

11 oktyabr 2020
GO BACK