Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfindən Azərbaycanın Mingəçevir şəhəri istiqamətində buraxılan “Skad raketinin görüntüsünü yayıb.
Prezidentin köməkçisi “Twitter” paylaşımında sözügedən raketin hava hücumundan müdafiə sistemlərimiz tərəfindən zərərsizləşdirildiyini qeyd edib.
“Ermənistan öz ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adı “SCUD” olan ballistik raket atıb. Bu raket S-300 hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən məhv edilib. Buraxılış nöqtəsində ermənilərin təhqiramiz nitqi səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır”, - Hikmət Hacıyev bildirib.
Armenia launched NATO Code name "#SCUD" ballistic missile to Mingachevir city of #Azerbaijan from its territory. It was destroyed by our air defence forces w/S-300. In launchpad insulting Armenian speech sounds. Armenia's state terror must be stopped. This video is from #Armenia. pic.twitter.com/p9yxk6txgL
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 10, 2020