Hindistanın Çandrapur rayonunun polisi artıq doqquz aydır ki, səkkiz nəfəri öldürən pələngin axtarışlarını aparır.
Bu barədə “The IndianExpress” məlumat yayıb.
“RT1” ləqəbli pələngin növbəti hücumu oktyabrın 5-də qeydə alınıb. Pələngin növbəti qurbanı Maroti Penam adlı şəxs olub.
Bu artıq altı yaşlı pələngin sayca 11-ci hücumu olub, onlardan səkkizi ölümlə nəticələnib.