Qadin.NET / Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 215 yeni yoluxma

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 215 yeni yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 215 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.
Aktiv xəstə sayı 1785 nəfərdir.
Ölkədə son sutka ərzində 5124, hazırkı dövrədək isə 1162062 test aparılıb

9 oktyabr 2020
GO BACK