Çində 31 il əvvəl itkin düşmüş oğlan tapılıb və ailəsinə qovuşub.
Bununla bağlı “Daily Mail” məlumat yayıb.
Bildirilib ki, 1989-cu ilin oktyabrında naməlum şəxs Ley və Tsyanın Şuven adlı bir yaşlı oğlunu oğurlayıb. O zaman həmin şəxs özünü səyyah kimi qələmə verərək, ailənin kənddəki evində bir həftə qalıb və hətta buna görə cütlüyə ödəniş də edib.
Hadisədən sonra ailə və qohumları uşağı 10 gün axtarıb, polisə müraciət edib, ancaq azyaşlı tapılmayıb.
31 il sonra sənədlərini qaydasına salmaq üçün polisə müraciət edən kişi təsadüfən ailəsinin olduğunu öyrənib. Kişinin DNT testinin nəticələri bazaya daxil olub və polis ona bildirib ki, ailəsi Piçjou şəhərində yaşayır.
32 yaşlı kişini anası və atasının qaldığı evə aparılıb.