Qadin.NET / Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 191 yeni yoluxma

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 191 yeni yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 191 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.
Aktiv xəstə sayı 1689 nəfərdir.
Ölkədə son sutka ərzində 6280, hazırkı dövrədək isə 1156938 test aparılıb.

8 oktyabr 2020
GO BACK