Dünyada COVID-19 infeksiyasına yoluxmaların sayı artmaqdadır. Bu, diaqnostik imkanların genişlənməsi və effektivliyinin daha yüksək səviyyədə olması ilə əlaqədardır.
“Rosbalt”ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı rəhbərinin köməkçisi Ranyeri Querra deyib.
Onun sözlərinə görə, yoluxan xəstələrin 1/3-i koronavirusu simptomsuz keçirir.
“Koronavirusun ağır formaları olan xəstələrə gəldikdə, onların xəstəliklərinin gedişi diqqətlə izlənilməlidir”, - deyə Querra bildirib.
Onun sözlərinə görə, həkimlər və tibb işçiləri artıq koronavirus təhdidi ilə mübarizə aparmaq üçün kifayət qədər biliyə yiyələniblər. Bu səbəbdən ikinci dalğa birincisi qədər ölümcül olmayacaq.