Ağ Evin 34 işçisində və onlarla təmasda olan şəxslərdə yeni növ koronavirusa yoluxma halları aşkar edilib.
Bu barədə TASS informasiya agentliyi xəbər verib.
Bildirilib ki, ABC televiziya şirkəti çərşənbə günü ABŞ-ın Fövqəladə Halların İdarə olunması üzrə Federal Agentliyi tərəfindən əldə olunan sənədə istinadən xəbər verib.
Agentliyin sənədində televiziya şirkətinin hesab edə biləcəyindən daha çox infeksiyaya yoluxma halları var. Belə ki, mənbə 24 nəfərin yoluxduğunu qeyd edib. ABŞ Prezidenti Donald Tramp oktyabrın 2-si gecə saatlarında “Twitter” hesabında özünə və xanımı Melaniya Trampa koronavirus diaqnozu qoyulduğunu elan edib. Həmin gün dövlət başçısı Merilenddəki Volter Rid adına Milli Hərbi Tibb Mərkəzinə yollanıb.
Tramp bazar ertəsi xəstəxanadan çıxaraq, Ağ Evə qayıdıb. Amerika liderini müalicə edən həkim Şon Konlinin çərşənbə günü dediyinə görə, prezidentdə 24 saatdır koronavirusun simptomları müşahidə olunmur. Son günlərdə koronavirus pandemiyasına yoluxma ABŞ prezidentinin baş məsləhətçisi Stiven Miller, Ağ Evin mətbuat katibi Keyli Makinen və onun dörd müavinində, həmçinin Trampın keçmiş müşaviri Kellien Konueydə, üç respublikaçı senatorda, Respublika partiyasının Milli Komitəsinin sədri Ron Makdeniyeldə, Ağ Ev sahibinin seçki kampaniyasının meneceri Vilyam Stepində, Trampın şəxsi köməkçisi Nik Lunada aşkarlanıb.