Qadin.NET / Səmada eyni anda üç Günəş görünüb - VİDEO

Səmada eyni anda üç Günəş görünüb - VİDEO

Rusiyanın Yamalo-Nenets muxtar dairəsinin sakinləri qeyri-adi bir təbiət hadisəsini müşahidə ediblər
Belə ki, səmada bir anda üç günəş görünüb. Bu barədə “Vesti Yamal” xəbər verib.
Bu optik fenomen günəş halosu adlanır.
Halo - Günəş və Ay ətrafında yaranan işıltılı halqadır.
O, yerdən 5-10 km yüksəklikdə lələkvari buludların buz kristallarında işığın sınması və əks olunması nəticəsində yaranır.
Halo da göy qurşağı və qütb parıltısı kimi optik atmosfer hadisəsidir.


8 oktyabr 2020
GO BACK