Artıq dünyada koronavirusa təkrar yoluxma halları qeydə alınıb.
Qadin.Net Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə immunoloq, tibb elmləri namizədi, müqaviləli tədqiqat şirkətinin baş direktoru Nikolay Kryuçkov danışıb.
Yenidən koronavirusun pozitiv olma riskindən söz açan mütəxəssis bildirib ki, bu kimi hallara infeksiyadan sonra ilk altı ay ərzində nadir hallarda rast gəlinir: “Çox güman ki, bir ildən sonra yenidən genişlənmə tezliyi geniş klinik praktikada kifayət qədər nəzərə çarpacaq. İmmun sisteminin xüsusiyyətləri, virusun insandan insana ötürülməsi zamanı mutasiya və ya virus yükünün artması nəticəsində COVID-19-a yenidən yoluxma riski yüksəkdir”.