Özgü Namal dünən infarktdan vəfat edən əri Əhməd Sərdar Oralın dəfnində iştirak etməyib.
Qadin.Net Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa həyat yoldaşının məzarına üzərinə “Əziz həyat yoldaşım və atamız” sözləri yazılan çələng göndərməklə kifayətlənib.
Məlumat üçün bildirək ki, kino ulduzu ailə qurduqdan sonra aktrisalıqdan getməyə qərar verib. Onun nikahından 2 övladı var.