Qadin.NET / Qazaxıstan xalqı Azərbaycanın tərəfindədir!

Qazaxıstan xalqı Azərbaycanın tərəfindədir!

 Qazaxıstanın tanınmış ictimai xadimi Muxtar Tayjan Media.Az-a müsahibə verib.
“Sosial şəbəkələrin Qazaxıstan üzrə istifadəçiləri profillərində kütləvi şəkildə Azərbaycan bayrağı olan fotoşəkillər qoyur və bununla da torpaqlarını azad etmək uğrunda mübarizə aparan Azərbaycana dəstəyini bildirir”, - deyə Media.Az-a verdiyi müsahibəsində Qazaxıstanın tanınmış ictimai xadimi Muxtar Tayjan bildirib.
- Mən izləyicilərimi görürəm, xeyli sayda insanla ünsiyyətdə oluram. Onların hər biri Azərbaycanı, Azərbaycan ordusunun öz torpaqlarını azad etmək uğrunda mübarizəsini dəstəkləyir. Bura Azərbaycan torpağıdır, Ermənistan işğal etdiyi torpaqları qaytarmalıdır. Və bu mənada bizim ortaq bir fikrimiz var - Qazaxıstan heç bir halda, hətta KTMT çərçivəsində Ermənistana heç bir yardım göstərməməlidir. Bizim bunu etməyə mənəvi haqqımız belə yoxdur. Məsələ onda deyil ki, azərbaycanlılar bizim türk qardaşlarımızdır. Ermənistanın beynəlxalq hüququ pozan işğalçı bir ölkə olduğu göz önündədir.

Üstəlik, Azərbaycan Ermənistan ərazisinə hücum etməyib. Ermənistan ərazisindən raketlər endirilir, Azərbaycanın yaşayış məntəqələri atəşə tutulur. Niyə erməni ordusu işğal olunmuş Azərbaycan ərazilərini tərk etmir? O zaman müharibə də olmayacaq.

Və qan tökülmədən dövlət olmur. Vətənini müdafiə etmək üçün bəzən mübarizə aparmaq lazımdır, bunu da Azərbaycan edir.

6 oktyabr 2020
GO BACK