Qadin.NET / ABŞ-da ermənilər azərbaycanlıya hücum edib

ABŞ-da ermənilər azərbaycanlıya hücum edib

ABŞ-da həmvətənimiz ermənilərin hücumuna məruz qalıb.
Report xəbər verir ki, hadisə Nyu-York şəhərində baş verib.
Bruklində Azərbaycan bayrağının olduğu şəxsi avtomobili ilə hərəkət edən azərbaycanlı gənc bir qrup erməninin hücumuna məruz qalıb.
Belə ki, yeddi nəfər erməni həmvətənimizə və onun avtomobilinə zərbələr endirib. Nəticədə, azərbaycanlı gənc başından yüngül xəsarət alıb.
Həmyerlimizin polislə əlaqə saxladığını görən ermənilər qaçaraq ərazidən uzaqlaşıblar.
Qeyd edək ki, hadisə şahidləri baş verənləri mobil telefonun kamerası ilə qeydə alıblar.
Videogörüntüdə həmvətənimizin təkbaşına yeddi erməni ilə əlbəyaxa dalaşdığı görünür.

6 oktyabr 2020
GO BACK