“Qarabağda bir sıra məntəqələrdə çətin vəziyyət yaranıb”.
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” hesabında yazıb.
“Bəzi məntəqələrdə vəziyyət çox ağırdır. Bunu gizlətmirəm”, - deyə N.Paşinyan bildirib.
O, bir il əvvəl təxris olanları orduya qoşulmağa çağırıb:
“Bizim qanunvericilik onları hətta döyüş vaxtı da səfərbər etməyə icazə vermir, ancaq mən sizi səfərbər olmağa çağırıram”.