Covıd-19-a qarşı immunitet sağaldıqdan sonra altı ay müddətində qalır.
Qadin.Net bildirir ki, ura.ru-nun məlumatına görə, rusiyalı virusoloq və “Vektor” mərkəzinin keçmiş laboratoriya müdiri Aleksandr Çepurnov xəstəlikdən sağalanları müşahidə etdikdən sonra belə qənaətə gəlib.
Mütəxəssisin sözlərinə görə, onlarda anti cisimlərin sayı üç-dörd ayda azalır, beşinci-altıncı aydan sonra isə hüceyrə immuniteti koronavirus anti cisminə cavab reaksiyasını dayandırır.
“Buna görə COVİD-19 sonrası immuniteti altı ay hesablayıram. Beləliklə aprel və may aylarında xəstələnənlər yarım il sonra yenidən infeksiya təhlükəsi ilə üzləşəcəklər”, - deyə o xəbərdarlıq edib.