Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev terrorçu dövlət olan Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına hücumuna görə məsuliyyət daşımalı olduğunu bildirib.
Bu barəd “Twitter” hesabından paylaşım edən Hacıyev qeyd edib ki, “Ermənistanın Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Tərtər və digər böyük şəhərlərinə qarşı intensiv raket və mərmilərlə hücumları mülki insanları öldürmək məqsədi ilə həyata keçirilən dövlət terrorudur. Bunun üçün Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyət daşımalıdır”.
O, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində dağıdılan Gəncə bazarı barədə video paylaşıb.
Prezident köməkçisi paylaşımına aşağıdakı qeydi edib:
“Ermənistan silahlı qüvvələri Gəncənin mərkəzi bazarını atəşə tutdu. Bazar necə hərbi əhəmiyyət daşıya bilər? Heç nəyə fərq qoymadan edilən bu raket hücumları yalnız mülki əhali arasında kütləvi itkilərə səbəb olmaq məqsədi ilə edildi. Ermənistanın mülki azərbaycanlılara qarşı dövlət terrorizmi davam edir”.
Intensive missile/rocket attacks by Armenia against Ganja, Mingachevir, Barda,Tartar and other major cities of Azerbaijan is State terror pursued by Armenia with the goal of killing civilians. Political-military leadership of Armenia must be held responsible.
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 5, 2020
Armenian armed forces shelled central market of Ganja. How market could have any military importance? This indiscriminate missile attack was done with sole purpose of causing mass casualties among civilians. State terrorism of Arm agnst civilian Azerbaijanis continue pic.twitter.com/Is8sNkHOnY
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 5, 2020