Hazırda Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi rayonunun kəndləri, Tərtər şəhəri və rayonun kəndləri, Goranboy və Göygöl rayonlarının əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, düşmənə qarşı adekvat tədbirlər görülür.