Qadin.NET / Müdafiə Nazirliyi: Ordumuzda qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur

Müdafiə Nazirliyi: Ordumuzda qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur

Qan vermək məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına vətəndaşlar tərəfindən xeyli sayda müraciətlər daxil olur.
Bununla əlaqədar Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur:
“Ordumuzun qan və qan komponentlərinə olan tələbat Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur”.

5 oktyabr 2020
GO BACK