Koronavirusa yoluxan Donald Trampın səhhəti pisləşərsə, onun vəzifəsini vitse-prezident Mayk Pens icra edəcək.
Bu barədə “The Telegraph” xəbər yayıb.
Jurnalistlərin məlumatına görə, Tramp bir neçə faktora görə koronavirusu ağır keçirmə riski altındadır.
Birincisi, onun köklüyüdür - Ağ Ev rəhbərinin 110 kq çəkidə olduğu bildirilir, ikincisi isə onun 74 yaşında olmasıdır.