Qadin.NET / Ermənistan ordusunda fərarilərin sayı durmadan artır

Ermənistan ordusunda fərarilərin sayı durmadan artır

Azərbaycan Ordusunun qazandığı ardıcıl qələbələr Ermənistan silahlı qüvvələrində fərarilərin sayını kəskin artırıb.
Erməni mətbuatı yazır ki, əks-hücum əməliyyatları başlayandan Ermənistan ordusunda fərarilərin sayı 4000 nəfəri keçib.
Bildirilir ki, son günlər ərzində 2000 nəfər hərbi qulluqçuya cinayət işi açılıb. Bütün bunlara rəğmən, Ermənistan Ordusunda ruh düşkünlüyü, fərarilik o həddə çatıb ki, erməni diviziya komandirlərindən biri qaçan əsgərləri şəxsən özü güllələyib.

4 oktyabr 2020
GO BACK