Qadin.NET / Tramp “ABŞ-ı yenidən möhtəşəm etməyə” qayıdacaq

Tramp “ABŞ-ı yenidən möhtəşəm etməyə” qayıdacaq

Koronavirusa yoluxan ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə işinə geri qayıdacağını açıqlayıb.
Qadin.Net bildirir ki, “İnterfax” xəbər verir ki, o, sağaldıqdan sonra “ABŞ-ı yenidən möhtəşəm etməyə” çalışacağını bildirib.
“Bura gələndə özümü yaxşı hiss etmirdim. İndi daha yaxşıyam. İşə geri qayıtmalıyam, çünki yenə də Amerikanı möhtəşəm etməliyik. Bu istiqamətdə çox şey əldə etmişik, amma hələ görüləcək çox işlər var”, - deyə o bildirib.
Tramp onu dəstəkləyən hər kəsə təşəkkür edib.

4 oktyabr 2020
GO BACK