Qadin.NET / Koronavirusdan sağalanlar bir müddət avtomobil sürməməlidir

Koronavirusdan sağalanlar bir müddət avtomobil sürməməlidir

Koronavirusa yoluxan insanlar sağaldıqdan sonra onlarda xəstəliyin təsiri bir müddət qalır.
Qadin.Net bildirir ki, “Haber Global”ın məlumatına görə, bu barədə türkiyəli professor Ankara şəhər xəstəxanasının Təcili Tibbi Klinikasının professoru Hakan Oğuztürk bildirib.
Onun sözlərinə görə, sağalan insanlar hələ bir neçə ay dadbilməni itirir. Bundan başqa, onların əksəriyyətində təngnəfəslik, halsızlıq və yorğunluq müşahidə olunur.

“Ən vacib məqam isə sağalan insanlarda diqqət əksikliyinin qalmasıdır. Ona görə, COVID-19-dan sağalanlar bir müddət maşın sürməməlidir. Belə insanlara həmçinin diqqət tələb edən işlərdə (məsələn, fabriklərdə, zavodlarda) işləməmək tövsiyə olunur”, - həkim xəbərdarlıq edib.

4 oktyabr 2020
GO BACK