Ermənistan ordusu növbəti dəfə Tərtərdə beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozaraq mülki əhalinin yaşadığı əraziyə zərbələr endirib.
Qadin.Net bildirir ki, “CNN Türk”ün məlumatına görə, ermənilərin atdığı mərmi türk jurnalistlərdən 50 metr məsafəyə düşüb.
Baş verən hadisə türkiyəli jurnalistlər tərəfindən anbaan lentə alınıb. “İhlas” xəbər agentliyinin nümayəndələri Kamil Nadirli və Murat Delice dərhal ərazidən uzaqlaşıb.