Qadin.NET / Azərbaycanda nazirliyin 73 əməkdaşı cəbhəyə yollandı - RƏSMİ

Azərbaycanda nazirliyin 73 əməkdaşı cəbhəyə yollandı - RƏSMİ

Sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıblar.

Azərbaycan Ordusu bu təxribata qarşı genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir.

On minlərlə Azərbaycan vətəndaşı əsl vətənpərvərlik və qətiyyətli mövqe nümayiş etdirərək, könüllü şəkildə ordu sıralarına qoşulur, döyüşə getməyə hazır olduqlarını bildirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübariz ruhla səfərbərliyə qoşulanların içində ekologiya işçiləri də var:

“Qurumun 73 nəfər heyəti hərbi mükəlləfiyyətlə bağlı vəzifələri yerinə yetirmək üçün səfərbərlik xidməti orqanları tərəfindən hərbi toplanışlara cəlb edilib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər işçi heyəti və əməkdaşları könüllü olaraq Silahlı Quvvələrə Yardım Fonduna ianə edirlər.

3 oktyabr 2020
GO BACK