Qadin.NET / Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 108 yeni yoluxma

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 108 yeni yoluxma

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 137 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.
Aktiv xəstə sayı 1612 nəfərdir.
Ölkədə son sutka ərzində 5789, hazırkı dövrədək isə 11323227 test aparılıb

3 oktyabr 2020
GO BACK