COVID-19 infeksiyasının yayılmağa başladığı ilk gündən bəri ABŞ-ın “Amazon” şirkətinin 20 minə yaxın işçisi koronavirusa yoluxub.
Qadin.Net bildirir ki, “Milliyet” qəzeti xəbər verir ki, koronavirus üçün analiz nümunələri götürülmüş 19 816 işçinin test nəticəsi müsbət çıxıb.
Bildirilir ki, “Amazon”da COVID-19 infeksiyasına yoluxan işçilərin sayı şirkətin ümumi işçilərinin sayına nisbətdə xeyli aşağıdır. Belə ki, “Amazon” şirkətinin və ona aid olan şəriki “Whole Foods Market”in dünya miqyasında 1,37 milyon əməkdaşı var.