Qadin.NET / “WhatsApp”a çoxdan gözlənilən xüsusiyyət gəlir

“WhatsApp”a çoxdan gözlənilən xüsusiyyət gəlir

“WhatsApp” messencerində müəyyən söhbətlərdən bildirişləri həmişəlik söndürmək mümkün olacaq.
Qadin.Net bildirir ki, “Gizmochina” xəbər verir ki, tətbiqin beta versiyası android üçün artıq sınaqdan keçirilir.
Əgər istifadəçi davamlı bildirişlərdən yorulursa, qrupdan çıxmadan onları sadəcə söndürə biləcək.
Əvvəllər “WhatsApp”da bu bloklama səkkiz saat, bir həftə və ya bir il işləyirdi. Hazırda isə bildirişlər həmişəlik söndürülə bilər.
Bundan əlavə, “Yaddaş interfeysi” menyusu daha informativ olacaq.
Çatların siyahısı axtarış sətrində olacaq, proqramın özündə isə “Multimediya istifadəsi üçün tövsiyələr” punktu yaranacaq. Bu mətnin və qrafikin göndərməzdən əvvəl redaktəsi üçün lazım olacaq.

3 oktyabr 2020
GO BACK