Gürcüstan əhalisi məhdudiyyətlərin tətbiq edilməsinə zərurətin yaranmaması üçün evdə qalmalıdır.
Qadin.Net bildirir ki, “Sputnik Gürcüstan” xəbər verir ki, bunu Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze keçirilmiş brifinqdə deyib. O bildirib:
“Əhalini evdə qalmağa çağırıram, ehtiyatlı olun ki, biz digər məhdudiyyətləri tətbiq etməyə məcbur qalmayaq”.
Eyni zamanda, Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib ki, evdə qalma çağırışı xüsusilə Acarıstanda və iri şəhərlərdə yaşayan yaşlılara və xroniki xəstəlikləri olan şəxslərə aiddir.
O, həmçinin Acarıstan əhalisini rəsmi məhdudiyyətlərin olmasına baxmayraq, küçədə də maska taxmağa, bütün ölkə əhalisini isə mümkün olduğu qədər distant işə keçməyə çağırıb.
Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 7093 nəfərə çatıb, 3714 nəfər sağalıb, 46 nəfər ölüb.