ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp koronavirusa yoluxublar.
Bu barədə ABŞ lideri “Twitter” hesabında yazıb:
“Bu gün birinci xanımla verdiyim COVID-19 testinin müsbət nəticəsini aldıq. Dərhal karantinə və sağalma prosesinə başlayacağıq. Bir yerdə bunun öhdəsindən gələcəyik”.
Trampın müşaviri Xoup Xiksin koronavirusa yoluxması əsas səbəb kimi göstərilir.