Qadin.NET / Naqillərin bir-birinə dolaşması təhlükəlidir

Naqillərin bir-birinə dolaşması təhlükəlidir

Elektrik yuvasına qoşulmuş dolaşıq naqillər qısa qapanmaya səbəb ola bilər və ya onlara toxunan insana xəsarət yetirə bilər.
Qadin.Net bildirir ki, “Praym”ın məlumatına görə, bu barədə Rusiyada “Müstəqil Ekspertiza” Muxtar Qeyri-kommersiya Təşkilatının texniki mütəxəssisi İvan Simonov xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, müasir elektronika elektrik şəbəkəsi ilə və ya başqa bir cihazla təmas itkisinə çox həssasdır, buna görə də naqildə kontaktda pozğunluq avadanlıqların tamamilə və ya qismən sıradan çıxmasına səbəb ola bilər.
O, naqillərin əyilməməsinə, həmçinin yaxınlıqdakı kabellərin bir-birinə dolaşmamasına diqqət yetirməyi məsləhət görüb.
Cihazdan olan naqil çox uzundursa, o, bükülməli və sonra iplər və ya nazik elastik tellərlə sabitlənməlidir. Bu vəziyyətdə avadanlıq uzun müddət xidmət edəcək və sahibinə zərər verməyəcək.

3 oktyabr 2020
GO BACK