Qadin.Net bildirir ki, Korrespondent.net xəbər verir ki, qadağa oktyabrın 1-dən qüvvəyə minib.
Bundan başqa, plastik çöplər və pambıq çubuqlar da qadağan olunan məmulatlar siyahısına daxil edilib. Birdəfəlik plastik məmulatların istifadəsinə qadağa apreldə qüvvəyə minməli idi, lakin karantin səbəbindən başqa vaxta keçirilmişdi.
Böyük Britaniyanın Ətraf Mühit naziri Corc Yustis bildirib ki, hökumət birdəfəlik istifadə olunan plastik məmulatlarla bağlı problemi həll etməyə əzmkarlıqla çalışır: “Bu, gələcək nəsillər üçün ətraf mühitimizi və okeanımızı qorumaq öhdəliyimizdir”.
Qeyd edək ki, Böyük Britaniya hər il təqribən 5 milyard ədəd plastik çöp, 316 milyon ədəd plastik çubuq və 1,8 milyard ədəd plastik kütlədən hazırlanmış pambıq çubuq istifadə edir.