Qadin.NET / “Telegram”dan istifadəçiləri sevindirəcək yeni funksiya

“Telegram”dan istifadəçiləri sevindirəcək yeni funksiya

“Telegram” messencerində kanallarda məlumatları şərh etmək imkanı yaranıb.
Qadin.Net bildirir ki, Snob.ru-nun məlumatına görə, yeni funksiya barədə tətbiqin yaracısı Pavel Durov xəbər verib.
“Bu gün lentlərdəki şərhlər üçün daxili dəstək əlavə edirik. Buna görə “Telegram” tətbiqini yenilədikdən sonra bəzi kanallarda şərh yaza biləcəksiniz”, - deyə Durov bildirib.
Messencerin qurucusu bildirib ki, şərhlər qrup çatına bənzəyəcək. Yəni bütün şərhlər müəyyən kanala əlavə olunacaq. Bu vəziyyətdə istifadəçilər səsli mesajlar və ya GIF şəkilləri buraxa biləcəklər, kanal administratorlarına isə bu imkanları məhdudlaşdırma imkanı veriləcək.
Bundan əlavə, tərtibatçılar mesaj tapmağı asanlaşdırmaq üçün axtarış filtrlərini yeniləyiblər.

3 oktyabr 2020
GO BACK