Qadin.NET / İlon Mask koronavirusa qarşı peyvənd vurdurmaqdan imtina edib

İlon Mask koronavirusa qarşı peyvənd vurdurmaqdan imtina edib

Koronavirus məhdudiyyətlərinə qarşı çıxan dünyanın üçüncü ən zəngin insanı İlon Mask vaksinasiya əlçatan olduğu vaxt peyvənd vurdurmayacağını bildirib.
Qadin.Net bildirir ki, bu barədə “Daily Star” xəbər yayıb.
Biznesmen qərarını özü və ailəsinin risk altında olmaması ilə izah edib.
Jurnalistin ölüm sayının arta biləcəyi ilə bağlı sualını cavablandırdıqda isə İ.Mask bütün insanların nə vaxtsa öləcəyini deyib.
“Bütün bunlar (pandemiya ilə bağlı vəziyyət – red.) ümumiyyətlə insanların irrasionallığı səbəbindən insanlığa olan inamımı azaldıb”, - deyə o bildirib.

1 oktyabr 2020
GO BACK