Mineral suyun ciddi təhlükəsi müəyyən edildi.
Qadin.Net bildirir ki, “RİA Novosti” yazır ki, dietoloq Yelena Solomatina tibbi göstəricilər olmadan müalicə məqsədilə mineral suyun istifadəsinə qarşı xəbərdarlıq edib.
Bu barədə o, “Veçernyaya Moskva” qəzetinə məlumat verib.
Həkim sağlam insanın birdəfəlik mineral sudan istifadəsi zamanı təhlükənin olmadığını söyləyib.
“Digər məsələ, mütəmadi olaraq mineral suyun qəbuludur. O zaman müəyyən konsentrasiyalı duzların doyma prosesi gedir. Məsələn, mineral suların tərkibində olan duzlar bəziləri üçün xeyirli ola bilər, lakin digər insanların sağlamlığına keçirdiyi xəstəliklə əlaqədar olaraq zərər verə bilər”, - deyə mütəxəssis izah edib.
O, sağlam insanın gündəlik müalicəvi mineral sudan istifadə etməməsini, xəstə olanlara isə bunun zəruri olmadığını, mədə-bağırsaq traktında problem olanların bu sudan həkim göstərişinə əsasən istifadə etməli olduğunu vurğulayıb.
“Mən göndərişlə müalicəvi istirahət mərkəzinə gələnlərin dostlarla zaman keçirmək naminə mineral suları qəbul etdiklərinin şahidi olmuşam”, - Y.Solomatina bunu tövsiyə etməyib.
Mütəxəssis minerallaşma səviyyəsinə görə həmin suların tərkibinin fərqləndiyini əlavə edib.
“İçməli suyu məhdudiyyətsiz qəbul edə bilərsiniz, müalicə məqsədilə minerallaşmış içməli suya çox aludə olmayın, sırf müalicə məqsədli mineral sular isə adından da göründüyü kimi müalicə üçündür”, - deyə dietoloq aydınlıq gətirib.