Qadin.NET / Universitetlərdə tədris forması ilə bağlı nazirdən AÇIQLAMA

Universitetlərdə tədris forması ilə bağlı nazirdən AÇIQLAMA

“Hazırda ali təhsil müəssisələrində internetlə bağlı problem olduğu üçün çətinliklər yaşayırıq”.
Qadin.Net bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, univesitetlərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb:
“Plana uyğun olaraq, bu təqvim ilinin sonuna qədər bu semestrdə distant təhsilin verilməsi nəzərdə tutulur”.
“1 oktyabr tarixindən bu il tələbə adını qazanan I kurslar ali təhsil müəssisələrinə müraciət edə bilər, onların ali təhsil məsələləri ilə tanışlığı təmin ediləcək”, - deyə nazir qeyd edib.

30 sentyabr 2020
GO BACK