Qadin.NET / Azərbaycanda bir rayonda səkkiz müəllim koronavirusa yoluxdu - RƏSMİ

Azərbaycanda bir rayonda səkkiz müəllim koronavirusa yoluxdu - RƏSMİ

“Məktəb daxilində koronavirusa kütləvi yoluxma qeydə alınmayıb”.
Qadin.Net bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, şagirdlər arasında yalnız ailədaxili yoluxmalar mövcuddur:
“Son 15 gün ərzində bir sinifdə şagirdlər arasında yoluxma yoxdur. Təəssüf ki, müəllimlər arasında yoluxanlar var”.
“Qubada səkkiz müəllim yoluxub. Sumqayıtdan Qubaya qayıdan müəllim digərlərini yoluxdurub”, - deyə nazir qeyd edib.

30 sentyabr 2020
GO BACK